BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkmənistanda bu qadağanın müddəti yayadək uzadıldı

Türkmənistan Hava Yolları koronavirus səbəbiylə bütün beynəlxalq reyslərin ləğvini iyunun 20-dək uzadıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə aviaşirkətin yaydığı məlumatda qeyd olunur.

 

"COVID-19 pandemiyası ilə əlaqədar olaraq, aviaşirkətin bütün beynəlxalq uçuşlarının ləğvi 20 iyunadək uzadılıb”, - açıqlamada deyilir.

 

Daha əvvəl Türkmənistan Hava Yolları mayın 20-dək bütün beynəlxalq uçuşları təxirə saldığını bildirmişdi.

 

Xatırladaq ki, Türkmənistan rəsmiləri ölkədə yeni növ koronavirusa yoluxmanın qeydə alınmadığını bəyan ediblər.Mətbuat.az

Tarix: 17 May 2020, 20:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin