BURADA REKLAMINIZ OLA
BİLƏR

Şadlıq evindən çıxan yaşlı kişiyə basqın edən şəxslə bağlı qərar verildi

Şirvan Apellyasiya Məhkəməsində Şirvanda quldurluqda təqsirləndirilən Rövşən Zamanovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 04 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində Şirvan şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, Rövşən Zamanov “Tural” şadlıq evində keçirilən toy məclisində iştirak edib, spirtli içki qəbul edərək çölə çıxıb. Sonra şadlıq evinin həyətində yaşlı kişi - zərərçəkmiş Salman Məmmədovu (şərti) görüb, onun əmlakını ələ keçirmək qərarına gəlib. Təqsirləndirilən şəxs zərərçəkmişi şadlıq evinin arxa tərəfində kənar şəxslərin olmadığı, zibil tullantılarının olduğu yerə aparıb. Həmin vaxt Rövşən orada Salmanın üzərinə hücum çəkməklə basqın edib, müqavimətini qırmaq məqsədilə yumruqla onun sifətinin burun nahiyəsindən vurub. Bu zaman o, zərərçəkmiş şəxsi yerə yıxıb, təpiklə bədəninin müxtəlif nahiyələrindən zərbələr endirərək Salmana xəsarətlər yetirib. Daha sonra təqsirləndirilən şəxs almış olduğu xəsarətlərdən yerdə uzanıqlı vəziyyətdə qalan zərərçəkmiş şəxsin cibindəki 150 manat pulu götürüb, hadisə yerindən uzaqlaşıb.

 

Hadisədən sonra Rövşən Zamanov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

Tarix: 21 Fevral 2024, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin