BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq edən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Şıxəhmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2019-cu ildə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.  Rayon ərazisində yerləşən “Engin LTD” MMC-nin direktoru, Türkiyə vətəndaşı Gerkan Andaç polisə şikayət edərək bildirib ki, Bakı şəhər sakini Elnur Şıxəhmədli şirkətdən, ümumilikdə, 40 min manatdan çox uşaq bezləri, diş məcunu, yuyucu vasitələr və s. məhsullar alıb, lakin pulunu ödəməyib.

 

Kamal Məmmədov

 

Tarix: 21 Fevral 2024, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin