BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadının qohumunu armaturla döyən şəxsə elektron qolbaq taxıldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elgün Malıyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 12 avqust 2023-cü il tarixdə, saat 22 radələrində İmişli rayonu, Yalavac kəndində qeydə alınıb.

 

Belə ki, Elgün Malıyev yaşadığı evin küçə qapısı qarşısında həmyerlisinin idarə etdiyi “Nissan Sunny” markalı avtomobili saxlayıb, qohumu, zərərçəkmiş Elman Səfərovla (soyadı şərti) ilə söhbət etdiklərini görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşaraq, avtomobilə minib sürüb çıxıb getmələrini tələb edib. Sonra onun, zərərçəkmiş şəxslə arasında mübahisə yaranıb. Nəticədə Elgün əsəbləşərək həyətinə keçib, küçə darvazasının arxasında yerə sançılmış armatur parçasını əlinə götürüb. O, yenidən  küçəyə çıxaraq Elmanın qarın nahiyəsinə armatur parçası ilə bir dəfə qəsdən vuraraq, ona xəsarət yetirib.

 

Hadisədən sonra Elgün Malıyev cinayət məsuliyyətinə cəlb edilib.

 

Qeyd: zərərçəkmiş Elman Səfərov təqsirləndirilən Elgün Malıyevin qayınatasının əmisi nəvəsidir.

 

Kamal Məmmədov

Tarix: 21 Fevral 2024, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin