BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan Kamil Zeynallını bu məsələdə ittiham edir - İrəvandan AÇIQLAMA

Moskvada saxlanılan Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

 

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

 

“Həmin şəxs qətl ittihamı ilə dövlətlərarası axtarışa verilib”, - deyə o bildirib.

 

Ermənistan DİN Kamil Zeynallının hansı qətldə ittiham olunduğunu açıqlamayıb.

 

Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə bu gecə Moskvada saxlanılıb.

 

APA

Tarix: 21 Fevral 2024, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin