BURADA REKLAMINIZ OLA
BİLƏR

Polad Ömərov ekstradisiya edildi

Çexiya kriminal avtoritet Polad Ömərovu ABŞ-yə ekstradisiya edib.

 

Bu barədə Reuters məlumat yayıb.

 

Qeyd edək ki, 2022-ci ildə Vaşinqton Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polad Ömərovu və daha iki nəfəri ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham etmişdi.

 

Qeyd edək ki, beynəlxlaq axtarışa verilən P.Ömərov 2023-cü ilin yanvarında Çexiyada order əsasında həbs edilib.

 

Çexiyanın ədliyyə naziri 2023-cü ilin iyul ayında Polad Ömərovun ABŞ-yə ekstradisiyası haqqında qərar imzalamışdı.

 

APA

Tarix: 21 Fevral 2024, 22:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin