BURADA REKLAMINIZ OLA
BİLƏR

Protokol: "Expert" alıcıları aldadıb

“Expert” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az xəbər verir ki, MMC-nin barəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

 

İş Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 22 Fevral 2024, 12:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin