BURADA REKLAMINIZ OLA
BİLƏR

AZAL-ın yeni prezidenti Samir Rzayevin DOSYESİ

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.


Samir Rzayevin dosyesini təqdim edirik:

 

“Azərbaycan Hava Yolları” QSC-yə yeni prezident təyin olunub.

 

Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti kimi fəaliyyət göstərib.

 

Xatırladaq ki, ötən il “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub. O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.

 

Rzayev Samir Tofiq oğlu 12 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” fakultəsini bitirmiş, daha sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirmişdir. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb və bank karyerasına 1995-ci il tarixindən “Renessans” kommersiya bankında mühasib-əməliyyatçı olaraq başlayıb.


1997-1999-cu illərdə isə bu bankda baş mühasibin müavini olaraq çalışıb. 1999-cu ilin iyun-sentyabr aylarında “Bank of Baku” kommersiya bankında “Müxbir əlaqələr” şöbəsinin rəisi olaraq fəaliyyət göstərmişdir.


2001-2003-cü illərdə “Most Bank”da kommersiya əməliyyatları şöbəsinin treyderi, filialın baş mühasibi və maliyyə departamentinin mühasibatlıq şöbəsinin baş mühasibi müavini vəzifələrində çalışıb.

2003-2007-ci illərdə “Bank Standard” QSC-də maliyyə departamentinin direktor müavini, 2007-2009-cu illərdə biznes proseslər və institusional inkişaf departamentinin direktoru, 2009-cu il tarixindən 2017-ci ilin fevral ayınadək isə həmin bankın İdarə Heyəti sədrinin müavini kimi fəaliyyət göstərib.


2017- ci ildə Rabitəbank ASC-nın Baş direktoru (Maliyyə və İnfrastruktur üzrə) vəzifəsində çalışıb.

 

S. Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib.


Ölkə rəhbəri İlham Əliyevin 1 sentyabr 2023-cü il tarixində Cahangir Calal oğlu Əsgərovun “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi barədə sərəncam imzaladı. Bu sərəncama əsasəsn “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edildi. 

Tarix: 22 Fevral 2024, 16:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin