BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan DİN-dən Kamil Zeynallı ilə bağlı açıqlama: Həbs ediləcək

“Axtarışa verdiyimiz azərbaycanlı məşqçi Kamil Zeynallının tapılması ilə bağlı Rusiya tərəfindən rəsmi məktub almışıq”.

 

Pravda.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.

 

O deyib ki, Kamil Zeynallı Ermənistan tərəfindən dövlətlərarası axtarışdadır. Onun barəsində həbs qətimkan tədbiri ilə bağlı qərar dəyişməyib:

 

“Fevralın 21-də günorta saatlarında Rusiya Federasiyasından rəsmi məktub daxil olub və orada Kamil Zeynallının axtarışı ilə bağlı faktın təsdiqlənməsi xahiş olunub. Cavab olaraq həmin şəxsin dövlətlərarası axtarışda olduğunu dərhal təsdiqlədik”.

 

O daha sonra bildirib ki, axtarışda olan şəxsin azadlığa buraxılması ilə bağlı məlumatın yayılmasına baxmayaraq, Ermənistan Daxili İşlər Nazirliyi ekstradisiya protokolunda nəzərdə tutulmuş sənədlər paketi hazırlayıb:

 

“Bu sənədlər Rusiya hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Biz zəruri ekstradisiya tədbirlərinin təşkili ilə məşğuluq”, - Sarkisyan bildirib.

Tarix: 22 Fevral 2024, 18:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin