BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Baydenə cavab verdi

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydenin onun ünvanına təhqiramiz ifadələr işlətməsinə münasibət bildirib.


Putin Baydenin reaksiyasını adekvat adlandırıb.


“Bu yaxınlarda siz məndən ABŞ-nin gələcək prezidenti vəzifəsində kimə üstünlük verdiyimizi soruşdunuz. Dedim ki, istənilən prezidentlə işləyəcəyik, amma inanıram ki, bizim üçün, Rusiya üçün Bayden daha yaxşıdır. Onun dediklərinə əsaslanaraq, mən tamamilə haqlıyam, çünki bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır”, - Rusiya lideri jurnalistin sualını cavablandırarkən deyib.


Putin qeyd edib ki, Bayden ona deyə bilməzdi ki, “Volodya, afərin, sağ ol, mənə çox kömək etdin”./Trend 

Tarix: 22 Fevral 2024, 21:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin