BURADA REKLAMINIZ OLA
BİLƏR

"Beynəlxalq Bank"ın sədrinin müşavirini aldadan şəxsin şikayəti təmin edilmədi

Ali Məhkəmədə bir neçə nəfərə qarşı dələduzluqda təqsirli bilinən 1989-cu il təvəllüdlü Nuranə Səməndərovanın barəsindəki verilən hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nuranə Səməndərova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, cinayət işində 4 nəfər zərərçəkən qismində tanınıb, onlardan biri “Beynəlxalq Bank”ın sədrinin müşaviri Emil Qədimovdur. Nuran Səməndərova özünü Dövlət Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edib, banklardan küllü miqdarda pul götürüb. Həmçinin o, telefon dükanlarından da xeyli sayda bahalı telefonlar götürərərək pullarını ödəməyib.

 

Kamal Məmmədov

Tarix: 23 Fevral 2024, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin