BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kütləvi davada tələbəni öldürən gəncə nə qədər cəza verildi?

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fərid Əhmədlinin barəsindəki hökmdən verilən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2022-ci ilin dekabrında Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində baş verib. Axşam saat 23 radələrində rayon ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Yaralılardan 18 yaşlı Nemət Həsənov çox qan itirdiyindən o, xəstəxanada dünyasını dəyişib. Rayon prokurorluğundan verilən məlumata görə, ilkin istintaqla 2005-ci il təvəllüdlü Fərid Əhmədlinin aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmyaşıdı Orxan Hüseynova bıçaqla xəsarət yetirməsinə, onu dayandırmağa çalışan Xalid Nəbiyev və Nemət Həsənova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisə şahidi olan Mirxuda Vəliyev mətbuata açıqlamasında deyib ki, mərhum Nemət Həsənov da daxil olmaqla onlar beş nəfər olublar. Qarşı tərəfdən isə 4 nəfər gəlib. Fərid Əhmədli Orxan Hüseynovu kənara çəkib onunla sakit söhbət edirmiş. Lakin sonradan qəfil bıçaq çıxararaq Orxanı vurub.

 

Xatırlatma: Qətlə yetirilən Nemət Həsənov birinci kursda oxuyan tələbə olub. Faktla bağlı Fərid Əhmədli barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 23 Fevral 2024, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin