BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: ““Qarabağ”ı “Barselona”, “Real”la, “Mançester Yunayted”lə niyə müqayisə edirlər ki?”

““Qarabağ” futbol klubu tapdaladı keçdi, 1/8 finala çıxdı. ““Qarabağ” tarixində avrokubokların 1/8 finalına çıxdı” deməyək. Tarixindən danışmayaq, “Qarabağ”ın uzun bir tarixi var ki? Hələ 30 ildir, müstəqilik, “Qarabağ” da 30 ilin müstəqil komandası kimi fəaliyyət göstərir, SSRİ-də yox. “Qarabağ”ı “Barselona”, “Real”la, “Mançester Yunayted”lə niyə müqayisə edirlər ki? Bəli, ilk dəfə Azərbaycan futbolunda “Qarabağ” avrokubokların 1/8 finalına çıxdı. Darıxmayın, Allah qoysa, 1/8-i də keçəcək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

“Dünənki oyunda hakim rəqib komandadan yana oynadı, amma xeyri olmadı. 10 nəfər idik, onlar isə 12 nəfər. 10 nəfərlə 12 nəfərin ağzını yırtdıq, vəssəlam”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 23 Fevral 2024, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin