BURADA REKLAMINIZ OLA
BİLƏR

Pensiya ilə bağlı rəsmi məlumat

Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ödənilən vəsaitdə artım dinamikası 2024-cü ildə də davam edir. Bu ilin yanvar ayında həmin sosial təminat növləri üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 84,6 mln. manat və ya 14,7 faiz çox olmaqla 661 mln. manat təşkil edib.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

"Sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb", - deyə məlumatda qeyd edilib.

Tarix: 23 Fevral 2024, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin