BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində rəqibi müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

 

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində “Qarabağ”ın rəqibi bəlli olub.

 

“Qarabağ” 1/8 final mərhələsində “Bayer”lə (Leverkuzen, Almaniya) qarşılaşacaq.

 

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticələri:

 

“Vest Hem” (İngiltərə) - "Frayburq" (Almaniya)

“Brayton” (İngiltərə) - "Roma" (İtaliya)

“Atalanta” (İtaliya) - "Sportinq" (Portuqaliya)

“Reyncers” (Şotlandiya) - "Benfika" (Portuqaliya)

“Liverpul” (İngiltərə) - "Sparta Praga" (Çex Respublikası)

“Vilyarreal” (İspaniya) - "Olimpik Marsel" (Fransa)

“Slaviya Praqa” (Çex Respublikası) - "Milan" (İtaliya)

“Bayer Leverkuzen” (Almaniya) - "Qarabağ" (Azərbaycan)

 

Qeyd edək ki, "Qarabağ" və “Bayer Leverkuzen” qrup mərhələsində eyni qrupda mübarizə aparıb.

 

APA

Tarix: 23 Fevral 2024, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin