BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu məhdudiyyətlər də götürüldü

Bu gündən Gürcüstanda gözəllik salonları və bərbərxanaların, həmçinin estetika mərkəzlərinin fəaliyyəti bərpa edilib.

 

Pravda.az-ın xəbərinə görə, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının xüsusi tövsiyələri əsasında sözügedən iş yerlərinin fəaliyyətlərini bərpa etmələrinə icazə verilib.

 

Bundan başqa, qonşu ölkədə üç nəfərin bir yerə toplaşmasına qoyulan qadağa da  götürülüb. 10 və daha çox adamın bir yerə toplaşması, sürücü də daxil olmaqla, üçdən artıq adamın eyni nəqliyyat vasitəsində səyahət etməsinə qoyulan qadağa qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət rejimi mayın 22-də başa çatacaq.

Tarix: 18 May 2020, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin