BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Nuran Xalq artisti ilə görüşdü

Aparıcı Hacı Nuran Hüseynov Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. Bu barədə o, instaqramda paylaşıb edib.

 

“Budur, o canlı əfsanə ilə görüşdüm. Ötən günləri xatırladıq. Onunla Moskvada rastlaşdığımız günləri xatırladıq. Onda mən gənc idim. Zeynəb xanım isə həmişəki kimi zirvədə və çox tələb olunan bir sənətkar kimi, SSRİ Xalq artisti kimi növbəti konsertinə hazırlaşırdı.

 

Həmişə səmimi və mehriban xarakteri ilə sevilib bu sənətkar. Bir də onu mahnılarında sevmişik. Çünki Zeynəb Xanlarova yeganə sənətkar idi ki, repertuarında dünya xalqlarının mahnıları da yer alırdı. Getdiyi bütün ölkələrdə yerli dildə mahnılar oxuyurdu. Bu da onun həmin ölkələrin mədəniyyətinə, incəsənətinə və ən əsası da xalqına olan hörmətindən irəli gəlirdi.

 

Zeynəb xanım, bütün dövrlərdə olduğu kimi, bu gün də sevilir, hörmət edilir. Sənətin kraliçası, canlı əfsanə, yaxşı ki varsız!”/Yenisabah.az

Tarix: 23 Fevral 2024, 17:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin