BURADA REKLAMINIZ OLA
BİLƏR

Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki,  ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb.

 

Onun səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, R. Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

 

Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib.

 

Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

Tarix: 23 Fevral 2024, 17:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin