BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank və "SOCAR-AQŞ" arasında çəkişmə: növbəti məhkəmə iclası bu tarixdə keçiriləcək

"SOCAR-AQŞ" MMC-yə yazılan inzibati protokolla bağlı növbəti məhkəmə iclasının tarixi açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, işə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə fevralın 29-da baxılacaq.

 

Qeyd: Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Xəyal Quliyev

Tarix: 26 Fevral 2024, 08:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin