BURADA REKLAMINIZ OLA
BİLƏR

"İstifadə etdiyimiz məhsullar bizi xərçəng vəziyyətinə gətirib çıxara biləcək maddələrdən ibarətdir" - Həkim

"Xərçəng xəstəliyi bütün dünyada insanların rastlaşdığı və kabus hesab olunan xəstəliklər qrupuna aiddir. Xərçəng haqqında kifayət qədər miflər də var. Təsdiqlənməmiş qan dəyəri, diaqnostik metodlar, kistaloji müayinələr əsasında hər hansı üzvün xərçəngi təsdiqlənir. Hansı mərhələdədir, hansı üzvün xərçəngidir, nə etmək olar - bütün bunlar diaqnostik vasitələrlə aydın olur. Hansı müalicə metodunun seçilməsi isə artıq ankoloqun işidir. Tamamilə bitən xəstəlik də var. Xüsusilə, süd vəzi və yoğun bağırsaq xərçənginin müalicəsində hazırda dünyada və Azərbaycanda çox yaxşı nəticələr alınır. Lakin bu, digər üzvlərin xərçəngi üçün keçərli deyil. Bəzən xərçəngin müalicəsini insanlar özləri gecikdirirlər. Xərçəngə tutulan və erkən mərhələdə aşkarlanan istənilən üzvün müalicəsindən daha müsbət nəticə əldə etmək olar. Xərçəng xəstəliyi əleyhinə aparılacaq müalicə bütün dünya ölkələrinin əksəriyyətində eyni standartdadır. Bundan ötrü konfranslar keçirilir. Kimyaterapiyada istifadə olunan dərmanlarla bağlı tədqiqatlar aparılır, sonra yeni icadlar fonunda müalicələr haqqında geniş bilgilər yayımlanır. Nəticədə, xərçəng xəstəliyi əleyhinə dərmanları tətbiq etməyə başlayırlar. Ən önəmlisi xərçəng xəstəliyinə tutulmamaqdır. Amma normalda hər kəsdə xərçəngə tutulma ehtimalı yüksəkdir. Bu gün  suyumuz, qidamız, havamız və stressimiz varsa, bunlar xərçəng xəstəliyi yaradacaq və xəstəlik daha erkən yaşda özünü biruzə verəcək. Sadaladığımız amillər gün ərzində yaşadığımız həyat tərzinin ayrılmaz hissəsidir. Bunlar həyatımızda ola-ola hələ insanlar xərçəngə daha az tutulurlar".

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış fitoterapevt həkim Elnur Eldaroğlu deyib.

 

""Bilə-bilə ki, xərçəngin müalicəsi var, amma etmirlər" fikri bir az mif kimi səslənir. O zaman kimsə təsdiqləsin, desin ki, mən bu məhsulları istifadə etmişəm, gedib "Nobel" mükafatı alsın, dünyada bir neçə xəstə qruplar üzərində təcrübə aparsın. Əlbəttə, xərçəng əleyhinə müalicədə tətbiq edilən istər təbii, istərsə də digər müəyyən vasitələr var. İnsanlar həmişə saman çöpündən yapışacaq tərzdə inanırlar ki, xərçəngin müalicəsindən nəsə əldə etsinlər. Əldə edənlər də olur. Bəzi alternativ və ya internativ müalicə üsullarından istifadə edib nəticə alan insanlar görmüşəm. Birbaşa konkret bir üzvün müalicəsində hansısa məhsullardan, doğrudan da, istifadə edilirsə, o zaman ciddi nəticələrini paylaşmaq lazımdır ki, digər insanlar da xəbərdar olsunlar. Dünyaya elmi məqalə şəklində çıxarılsın, tərcümə olunsun, təsdiqlənsin, bu sahə ilə məşğul olan həkim və mütəxəssislərin rəyi alınsın. Xərçəng əleyhinə müalicə üsulu kimi yovşan üzərində tədqiqat aparıldı. Amma tədqiqat aparan alim sonda yovşanın anti-parazit olması qərarına gəldi. Yəni bundan anti-parazit dərman vasitəsi kimi istifadə etmək olar. Bir çox bitkilərdən xərçəng xəstəliyinin müalicəsində istifadə olunur. Məsələn, qaraçörəkotu toxumu, udi hindi, propolis və s. Müsbət nəticə alanlar var, amma tam tədqiqat nəticələri yoxdur ki, biz bunları hansı orqanda yaranan xərçəngin hansı mərhələsi zamanı istifadə edə bilərik", - o bildirib.

 

Həkim deyib ki, genetik xərçəng xəstəliyi zamanı qaçılmaz vəziyyət olur: "Risk faktorları varsa, bunlardan uzaq olmalarını tövsiyə edərdim. Amma müalicəsi olduğu halda şərait yaradılmaması inandırıcı deyil. Yerində araşdıra bilmirsənsə, fərqli ölkədə araşdır. İndi daha yaxşı şəraitlər var. Təbii ki, reaktivləri əldə etmək də kifayət qədər çətin məsələdir. Xərçəngi tətikləyən sadaladığımız 4 faktor nə qədər ki var... Dərmanı belə su ilə içirsən, bitkini suda dəmləyirsən. O su nə qədər yaxşıdır? Önəmli olan budur ki, gündəlik istifadə etdiyimiz vacib məhsullar bizi xərçəng vəziyyətinə gətirib çıxara biləcək maddələrdən ibarətdir".

 

Aytəkin Qardaşova

Tarix: 26 Fevral 2024, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin