BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nar”dan şikayət: Balans tez bitir, sürət zəifdir

“Nar Mobile” abunəçiləri internet paketlərinin tez bitməsindən, keyfiyyətin aşağı olmasından şikayətçidirlər.

 

Pravda.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan şikayətlərdə “Nar”ın internet paketi bitərkən abunəçilərə bildiriş SMS-i göndərilmədiyi, xidməthaqqının avtomatik balansdan çıxıldığı iddia olunur. 

 

Müştərilər geqabaytların da tez bitməsindən narazılıq edirlər. Onların sözlərinə görə, 10 günlük “Nar” internet paketi “Facebook”, “İnstagram”dan istifadə zamanı 1 saatdan sonra bitir. Doqquz manatlıq “CavanNar” internet paketi istifadəçiləri də narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, 10 geqabayt ilə müsiqilər belə açılmır, paket 10 günə tükənir. Üstəlik, “CavanNar”ı yenilemek üçün göndərilən link də açılmır. Paket olmadan internet istifadə ediləndə isə balansdan 10-15 qat artıq xidməthaqqının çıxıldığı da iddia olunur. 

 

Şikayətlərlə bağlı Pravda.az tərəfindən “Nar Mobile”a sorğu göndərilsə də, cavablandırılmayıb.

 

Aytəkin Qardaşova 

Tarix: 26 Fevral 2024, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin