Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qərar qəbul edildi: İyunun 1-dən dayandırılır

Səudiyyə Ərəbistanı və Küveyt iyunun 1-dən etibarən neytral zonada yerləşən Əl-Həfci birgə neft yatağında hasilat işlərini dayandıracaq.

 

Pravda.az bu barədə “S&P Global Platts”a istinadən xəbər verir.

 

Qeyd edək ki, 1922-ci ildə iki tərəfin razılığı ilə yaradılan bitərəf bölgədə Əl-Həfci dəniz və Vəfrə quru neft yataqları yerləşir. Neft paylarının bölüşüdürülməsi ilə bağlı yaranmış mübahisə nəticəsində 3 il ərzində dayandırılmış hasilat bu ilin fevral ayında yenidən başlamış, aprel ayında isə 260 min barelə çatdırılmışdı. Hasilat tərəflər arasında yarıbayarı bölüşdürülür.

 

Xatırladaq ki, bu il aprelin 12-də OPEC+ formatının iştirakçı ölkələri arasında onlayn görüş zamanı neft bazarının sabitləşdirilməsi məsələsi müzakirə olunub və may – iyun aylarında hasilatı 9,7 milyon barel azaltmaq barədə razılığa gəlinib.Report

Tarix: 18 May 2020, 12:59   
Xəbər lenti
Çox oxunanlar