BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vuraraq öldürən şəxsə hökm oxundu

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Turan Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə ötən il təxminən saat 20:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən 420-ci kilometrliyində qeydə alınıb.

 

Belə ki, Turan Hüseynovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, zərərçəkmiş P.Əliyevanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb.

 

Hadisədən sonra Turan Hüseynovun cinayət məsuliyyətinə cəlb olunub. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 27 Fevral 2024, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin