BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənc oğlan topa görə ona irad bildirən qonşu qadını yumruqla vurdu - CƏZA

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Namiq Alıyevin (şərti) barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 8 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Namiq Alıyev məhəllədə futbol oynayarkən topu qonşusu, zərərçəkmiş Nərmin Səfərovanın (şərti) evinin damının şiferinə dəyib. Qadın isə buna görə təqsirləndirilən şəxsə iradını bildirib və onların arasında mübahisə yaranıb. Mübahisə zamanı zərərçəkmiş şəxs Namiqi süpürgə ilə vurub. Sonra o, sol əli ilə qəsdən qadının sifət nahiyəsinə bir dəfə yumruqla zərbə endirərək ona xəsarətlər yetirib.

 

Hadisədən sonra Nərmin Səfərova hüquq-mühafizə orqanlarına müraciət edib və Namiq Alıyev cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Namiq Alıyeva 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirib, ona 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Daha sonra Nərmin Səfərova kassasiya şikayəti Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

 

 

Tarix: 27 Fevral 2024, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin