BURADA REKLAMINIZ OLA
BİLƏR

İmişlidə itkin uşağın axtarışı ilə bağlı Biləsuvarda kanala suyun verilməsi dayandırıldı

İmişli rayonunda kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışı ilə bağlı Cənubi-Muğan kanalının Biləsuvar hissəsinə suyun verilməsi müvəqqəti dayandırılıb.

 

Fevralın 28-i günün ikinci yarısı suyun kanala verilməsi gözlənilir.

 

Qeyd edək ki, 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

 

Report

Tarix: 27 Fevral 2024, 00:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin