BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış din xadiminin oğlu İrana görə həbs edildi

Azərbaycanın tanınmış din xadiminin oğlu İrana xidmət etdiyinə görə həbs edildi.

 

Bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.

 

Qeyd olunur ki, Azərbaycanda İran aşiqlərinə qarşı əməliyyatlar davam edir.

 

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Biləsuvarlı Şeyx Molla Əhmədin oğlu Kərbəlayi Hüseyn də tutulub.

 

Qeyd edək ki, Şeyx Molla Əhməd Azərbaycanda tanınmış din xadimi olub. 

 

Lent.az-ın əldə etdiyi məlumata görə, Şeyx Molla Əhmədin oğlu narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir. 

Tarix: 27 Fevral 2024, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin