BURADA REKLAMINIZ OLA
BİLƏR

Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı ilə bağlı qərar veriləcək

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, iclasda Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair Tərtər Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

 

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 11-nə təyin edilmiş iclasında baxılacaq.

 

Qeyd edək ki, Əmək Məcəlləsinin Maddə 159-cu maddəsi “xüsusi şəraitdə tətbiq edilən əmək haqqı” ilə bağlıdır.

 

Maddənin 1-ci hissəsində deyilir:

 

“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Tarix: 18 May 2020, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin