BURADA REKLAMINIZ OLA
BİLƏR

"Coca-cola" cərimələnir

"Azerbaijan coca-cola bottlers" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 326-cı (Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 27 Fevral 2024, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin