BURADA REKLAMINIZ OLA
BİLƏR

"Məni yanlarında gənc qızlar olan oğlanların hər gün düşdükləri vəziyyət özümdən çıxarır" - Aslan İsmayılov

"Dəfələrlə Fontanlar bağındakı "gül mafiyası"ndan yazmışdım. Məni mafiyadan çox yanlarında gənc qızlar olan oğlanların hər gün düşdükləri vəziyyət özümdən çıxarır, çünki addımbaşı mafiyadır. Gənc oğlan qız görən kimi sanki yerin dibindən biri çıxıb gülü az qala qızın gözünə soxur. Biclikdən uzaq olan qızlar da gülləri əlinə alan kimi yanındakı oğlandan gül pulu istəyirlər"


Pravda.az-ın xəbərinə görə, bunu vəkil Aslan İsmayılov bildirib.

 

"Dəfələrlə həmin yazıq oğlanların qulaqlarına qədər qızararaq gözlərini döydüklərini görmüşəm və dəfələrlə bu barədə yazmışam. Müvafiq strukturlara zəng etsəm də bu gün də vəziyyət eynidir. Doğrudanmı, pul bu qədər şirindir?!" - A.İsmayılov qeyd edib.

Tarix: 27 Fevral 2024, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin