BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur həkimin arvadını döyməsinin pərdəarxası

Bu gün ölkə mətbuatının manşetlərini şiddət xəbəri bəzəyir: “Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü”.

 

Belə ki, onkoloq İbrahim Əsədli sevgilisi ilə birgə öz həyat yoldaşı Aynur Əsədlini döyüb. Və maraqlısı budur ki, döyülən xanım da həkimdir. O, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır. 

 

Adətən, xəyanətə dözən, şiddətə məruz qalan qadınların cahil, müti, həyat yoldaşlarından asılı olduğu üçün susduğu iddia olunur. Lakin ali savadlı, çalışan xanımların da bəzən şiddətə və xəyanətə boyun əydiyini görürük. Bəs bu nə ilə bağlıdır? Bu məsələni mentalitetlə yoxsa psixologiya ilə əlaqələndirmək olar? Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, ali savadlı olmaq mədəni olmağın göstəricisi deyil: 

 

“Ümumiyyətlə , mentalitetə görə “ kişi gəzər” normal qəbul olunursa, demək ki, insanların psixologiyasını da korlayan elə mentalitetin qaydalarıdır. Bu mövzuda mənim diqqətimi başlıqdakı söz çəkdi. Məsələn: belə vəziyyətlərdə adətən, rastlanan hal, kişinin sevgilisi onun həyat yoldaşını döydü, yaxud həyat yoldaşı kişinin sevgilisini döydü rast gəlinir. Və bildiyim məlumata görə, hadisə klinikada baş verib. Ona görə, bu, bir az şübhə doğurur ki, adam oturduğu yerdə, səbəbsiz necə şiddətə məruz qala bilər? İnsanlar ali savadlı ola bilər, amma diplomun mədəniyyətlə əlaqəsi yoxdur. Cahil alimlər də az deyil. Əgər bir alim 10 il, 20 il eyni mövzu üzərində dövr edirsə, yeniliyə açılmırsa, o alim cahildir. İnsanı insan edən nə onun biliyi, nə statusu, nə də savadıdır. İnsan ziyalı görünə bilər, amma mənəviyyatdan kasıbdırsa, sadəcə süni görüntüdür. Ziyalı evində də ziyalıdır, cəmiyyətdə də. İstənilən vəziyyəti sivil şəkildə həll etməyi bacarmaq mədəniyyət tələb edir. Susqunluq heç də hər zaman təmkinlilik deyil”. 

 

Psixoloq qeyd edib ki, adətən, xəyanətə uğrayan isterik qadınlar ərlərinin iş yerlərinə hücum çəkirlər. Onun sözlərinə görə, qadınlar bu yolla həyat yoldaşlarını rüsvay etməyə çalışırlar:

 

“Kənardan məsələni dəyərləndirməyə gəlincə, onu deyə bilərəm ki, İbrahim doktorun xanımı yoldaşı tərəfindən xəyanətə uğradığını öyrənib və emosiyalarına sahib çıxa bilməyib. Mən bilmirəm klinika hansı birinin iş yeridir, amma hər halda İbrahim doktor, məşuqəsi ilə inanmıram xanımın iş yerinə gəlib onu döysün. Adətən, xəyanətə uğrayan xanımlar kişilərin iş yerinə hücum çəkir, onu rüsvay etməkdən ötrü, məsələni ictimailəşdirir və bu şəkildə intiqam aldığını düşünür. Bu, isterik qadınlara xas davranış göstəricisidir. Sivil, mədəni insan ya evində həll edir, ya da səssiz boşanmağa müraciət edir. Narsist insan, fərq etmir kişi, ya qadın həzm etmir. Bullinqə, yəni yaşından asılı olmayaraq, şiddətə məruz qalan insan özü psixologiyada problemli hesab olunur”.

Tarix: 27 Fevral 2024, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin