BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə cinayətdə ittiham olunan həkim-kardioloqun cəriməsini azaltdı

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən V.V.-nin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Nərimanov Rayon Məhkəməsinin təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə məhkum olunmasına dair çıxardığı hökmü cəza hissəsində dəyişdirilib. V.V.-yə təyin edilmiş 4 000 manat cərimə cəzası yüngülləşdirilərək 3 000 manat cərimə cəzasına endirilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.


İttihama görə, V.V. Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi-Tədqiqat İnstitutunun 1-ci Klinik Kardiologiya şöbəsində həkim-kardioloq vəzifəsində işləyib. O, çalışdığı müddətdə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edib, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədib.


Nərimanov Rayon Məhkəməsinin hökmü ilə V.V.-yə 4 000 manat cərimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb, mülki iddianın tam təmin edilməsi, mülki cavabdeh təqsirləndirilən şəxsdən 58 748 manat məbləğində maddi ziyan tutularaq mülki iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi hökm edilib.

 

Kamal Məmmədov 

Tarix: 28 Fevral 2024, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin