BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfirlikdən Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı ilə bağlı açıqlama

"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə Sərəncam imzalayıb".

 

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatında bildirilib.

 

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb.

 

“Həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur”, - məlumatda deyilir.

Tarix: 28 Fevral 2024, 19:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin