BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu hərbçilərə də şəhid statusu verilsin - TƏKLİF

Ombudsman Azərbaycan Respublikasının sülhməramlı kontingentinin tərkibində onun ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirak edərkən həlak olmuş və ya ölmüş elan edilmiş hərbi qulluqçulara şəhid statusu verilməsini təklif edir.

 

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

 

Təklif edilib ki Azərbaycan Respublikasının sülhməramlı kontingentinin tərkibində onun ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirak edərkən həlak olmuş və ya ölmüş elan edilmiş hərbi qulluqçulara şəhid statusunun verilməsi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər edilsin.

Tarix: 29 Fevral 2024, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin