BURADA REKLAMINIZ OLA
BİLƏR

"Nədən karantin hər yerdə yumşaldılır?!"

Mənə çox maraqlıdı, görəsən dünyada hansı ölkə ilk olaraq karantin tədbirlərinin məntiqsiz olduğunu etiraf edib öz vətəndaşlarından üzr istəyəcək?! Əgər bu virusun yayılma sürəti deyilən kimidirsə (hər yoluxan, azı 7-10 nəfərə virus yaydığı deyilir), o zaman indi karantin tədbirlərinin azaldılmasının mənası nədir?! Yəni, hər bir şəhərdə (bölgədə) 10 nəfər (lap az say götürək) virus daşıyıcısı qalacaqsa və karantin olmayacaqsa, həndəsi silsilə ilə həmin şəhərdə (və ya bölgədə) 1 aydan sonra hamı yoluxacaq axı?! Yaxşı, belədirsə nədən karantin hər yerdə ləğv edilir?! Yox, virusla yaşamaq mümkün idisə nədən karantin tədbirləri ilə dünya iqtisadiyyatını pis günə qoydular, nə səbəbə karantin rejiminə keçdilər?!

 

Xub, 2 ay öncə bütün dünyada karantini ona görə tədbiq etdilər ki, xəstə sayı sürətlə artmasın və səhiyyə sistemi gərginlikdən qurtulsun, reanimasiyada yerlər tez dolmasın – bunu anladıq, bəs axı indi də virus yerində, dərmanı yox, vaksini yox, xəstə sayı da çox – indi o zaman nədən karantin hər yerdə yumşaldılır?! Bu işin məntiqi nədir bəs o zaman?! Dolamısız insanları?!

 

Düşündükcə daha çox cavabsız sullar yaranır, bəlkə mən nəyisə doğru anlamıram?! Anlayan var bu işin məntiqini?! Yəni, normal anlayan, Mason, çip zad söhbətini salmadan anlayan, anlada bilən varmı?! Belə çıxır ki, dünyada elə ən ağıllı rəhbər Lukaşenko imiş?! Eləmi?! Nə bilim ala...

 

Natiq Cəfərli

 

İqtisadçı

Tarix: 18 May 2020, 19:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin