BURADA REKLAMINIZ OLA
BİLƏR

"Nar traiding"ə yazılan cərimə protokoluna bu tarixdə baxılacaq

"Nar traiding" MMC barəsində tərtib edilən inzibati protokola bu tarixdə baxılacaq.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Yevlax Rayon Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə martın 14-də baxılacaq.

 

Qeyd: Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Xəyal Quliyev

Tarix: 4 Mart 2024, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin