BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ay Mərkəzi Bankın "Veysəloğlu" barəsində tərtib etdiyi protokollara baxılacaq - Valyuta vəsaiti xaricdən niyə geri qaytarılmayıb?

"Veysəloğlu" MMC barəsində tərtib edilən protokollara baxılacaq tarixlər açıqlanıb. 

 

Pravda.az-ın xəbərinə görə, sənədlərdən birinə Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə sabah, o birinə həmin rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə martın 12-də, digərinə hakim Nigar Qədirlinin sədrliyi ilə martın 13-də baxılacaq.

 

Xatırlatma: Mərkəzi Bank protokolları İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: "Veysəloğlu" MMC-nin qanuni təmsilçisi Bəxtiyar Adil Oğlu Allahverdidir. MMC "Veysəloğlu qrup"a daxildir. Həmin şirkətlər qrupunun qanuni təmsilçisi isə Aydın Veysəl oğlu Talıbovdur. 

 

Xəyal Quliyev

Tarix: 4 Mart 2024, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin