BURADA REKLAMINIZ OLA
BİLƏR

Fotoqraf və dostları ağır qəzada öldülər

Göyçay rayonunun Müskürlü kəndi ərazisində "Kia” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.

 

Faktla bağlı cinayət işi başlanıb. "Qafqazinfo"nun məlumatına görə, X.Bağırov Göyçayda tanınmış fotoqraf olub. Hadisənin onun dostları ilə birgə toydan çıxıb evə gedərkən baş verdiyi bildirilir.

Fotoları təqdim edirik
Tarix: 4 Mart 2024, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin