BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamran Əliyev özünə köməkçilər təyin etdi

Baş prokuror Kamran Əliyev özünə yeni köməkçilər təyin edib.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Baş prokuror müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokurorları Emin Nəsibov və Elnur Musayev Baş prokurorun köməkçisi vəzifəsinə təyin olunublar.

 

Xatırladaq ki, yeni Baş prokuror daha öncə verdiyi əmrlə bütün köməkçilərini vəzifədən azad etmişdi.Sabah.az

Tarix: 18 May 2020, 22:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin