BURADA REKLAMINIZ OLA
BİLƏR

Karantin qaydalarını pozan futbolçu saxlanıldı

Futbol üzrə İngiltərə millisinin və “Çelsi”nin hücumçusu Kallum Hadson-Odoi saxlanılıb.

Pravda.az-ın xəbərinə görə, 20 yaşlı futbolçu karantin rejimini pozub.

Forvard şənbə günü modeli evinə dəvət edib, onun üçün maşın göndərib. Ertəsi gün səhər saatlarında isə polis və təcili yardım maşını futbolçunun evinə gəlib. Onlar evdə xəstələnən qadından zəng qəbul etmələrini səbəb göstəriblər. Xəstəxanaya məhz həmin model zəng edib. Hadson-Odoi isə karantin rejimini pozduğu üçün tutulub.

Qeyd edək ki, Kallum Hadson-Odoi martda koronavirusa yoluxub.Qafqazinfo

Tarix: 19 May 2020, 00:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin