BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bankdan dollarla bağlı daha bir açıqlama

Bu ilin fevral ayında Azərbaycan bankları bir sıra idxalçı müştərilərinin sifarişi ilə bağlı ilkin olaraq valyuta hərraclarında iştirak etsə də, sonradan həmin şirkətlərin valyuta alışını müvəqqəti təxirə salması ilə əlaqədar hərracdan valyuta alışını ləğv edib.

 

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

 

Son nəticədə AMB-nin ötən ay açıqladığı valyuta satışının məbləği (870,6 milyon ABŞ dolları) ilə Dövlət Neft Fondunun açıqladığı valyuta satışının məbləği (920,5 milyon ABŞ dolları) arasında fərq yaranıb.

Tarix: 5 Mart 2024, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin