BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbib Nurməhəmmədovun atası koronavirusa yoluxdu

Bir müddət öncə xəstəxanaya yerləşdirilən Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusa yoluxub.

Pravda.az xəbər verir ki, bu barədə idmançı özünün “Instagram” hesabında məlumat verib.

Hazırda, Həbib Nurməhəmmədovun atası Moskvadakı xəstəxanalardan birində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir. Əvvəlcə pnevmoniya ilə xəstəxanaya yerləşdirilib, lakin sonradan bir həftə komada qalıb. Hazırda idmançının atası süni nəfəs aparatına qoşulub.

“Atam hazırda xəstəxanadadır, vəziyyəti çox ağırdır. Bu virusun fonunda ürək problemləri də yaranıb. Bir il əvvəl ürəyindən əməliyyat olunmuşdu və indi yenidən əməliyyat olundu. Odur ki, onun səhhəti çox ağırdır”-deyə, Həbib Nurməhəmmədov bildirib.Report

Tarix: 19 May 2020, 00:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin