BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil Nazirliyindən MÜHÜM AÇIQLAMA

2020-2021-ci dərs ili üçün birinci sinfə qəbul qaydalarına əsasən valideynin hansı halda elektron sorğusunu ləğv edib başqa məktəb seçməsi imkanı müəyyənləşib.

 

Təhsil Nazirliyindən Pravda.az-a bildirilib ki, valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa məktəb seçmək olar.

Tarix: 19 May 2020, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin