BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirusa yoluxma belə davam edərsə... - Azərbaycanlı professordan XƏBƏRDARLIQ

"Ölkədə tətbiq edilən karantin qaydalarının nisbətən yumşaldılmasından sonra virusa yoluxanların sayının artması, ikinci dalğanın yarana biləcəyi ehtimalını yüksəldir”.

 

Pravda.az xəbər verir ki, bu sözləri tibbi ekspert, professor Adil Qeybulla deyib.

 

O bildirib ki, qaydaların yumşaldılması insanlarda arxayınlıq yaratmamlıdır:

 

"Son günlər virusa yoluxanların sayında artımın yaşanması ikinci dalğa deməkdir. Belə davam edərsə, yoluxmanın daha da artacağı ehtimalı yüksəkdir. Bunun da səbəbi insanların koronavirusu ciddiyə almaması, qaydalara əməl etməməsidir. Düzdür, dövlət tərəfindən müəyyən qədər qaydalar yumşaldılıb, bu, insanlarada arxayınlıq yaratmamlıdır. Əksinə, vətəndaşlar indiki məqamda daha da diqqətli olmalıdır”.

 

Proessor rayonlarda yoluxma sayınının artdığını bildirib:

 

"İlkin mərhələdə bəzi rayonlarda yoluxma ümumiyyətlə qeydə alınmadı, bu da karantin tədbirlərinin hesabına baş verdi. Lakin son məlumatlara görə, artıq əksər rayonlarda yoluxma sayında artım var. İndikiməqamda virusun rayonlarda yayılma ehtimalı daha çoxdur. Bu baxımdan təkcə Bakı əhalisi deyil, rayonda da qaydalara maksimum şəkildə əməl olunmalıdır”.

 

A.Qeybulla yeni növ koronavirusa qarşı maska taxmağın vacib olduğunu bildirib:

 

"Çox təəssüf ki, edilən xəbərdarlığa baxmayaraq, küçədə insanların maskasız şəkildə gəzdiyinə şahid oluruq. İnsanlar çox laqeyd yanaşır, təhlükənin fərqinə varmırlar. Amma başa düşmək lazımdır ki, bir nəfər xəstə olan şəxs yanından ötüb keçən hər bir kəsi yoluxdura bilər. Hamıda vətəndaş məsuliyyəti olmalıdır. Bunun qarşısını almaq üçün iki yol var. Ya karantin qaydalarını pozan, maskasız gəzən şəxslər cərimələnsin, ya da karantin qaydaları daha da sərtləşsin. Əksi halda vəziyyət nəzarətdən çıxa bilər”.Redaktor.az

Tarix: 19 May 2020, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin