BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bayer”-“Qarabağ” oyununa baxmaq istəyənlərin nəzərinə: Biletin qiyməti açıqlandı

Ağdam klubu “Bayer” - “Qarabağ” oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib.

 

Klubdan bildirilib ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) iticket.az-da satışa çıxarılıb.

 

Biletin qiyməti 31 manat təşkil edir.

 

Martın 14-ü “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl azarkeşlərimiz üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlisiniz.

 

Bilet alarkən istifadə etdiyiniz vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür.

Tarix: 11 Mart 2024, 23:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin