Reklam

Prezident daha bir yüksək vəzifəli məmuru işdən çıxardı

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib.

 

Ali Attestasiya Komissiyasından "Report"a fakt təsdiqlənib.

 

Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı.

 

Tarix: 3 Dekabr 2019, 14:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin