BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qarabağ" mübarizəni dayandırdı

"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.


Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub.


Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.


"Köhlən atlar"da 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo fərqləniblər. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.


72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azaldıb. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə isə qələbə qolunu vurub.



Bakıdakı ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" turnirlə vidalaşıb

Tarix: 15 Mart 2024, 02:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin