BURADA REKLAMINIZ OLA
BİLƏR

Neft Fondu valyuta satışını azaltdı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 5 707,51 mln. ABŞ dolları məbləğində valyuta satılıb.

 

Fondun dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 75,79 mln. dollar və ya 1,3% azdır.

 

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin noyabr ayı ərzində 539,81 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Cari ilin oktyabr ayı ilə müqayisədə ötən ay Fond tərəfindən satılan valyutanın həcmi 17,6% azalıb.APA

Tarix: 3 Dekabr 2019, 15:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin