BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafael Dadaşov reanimasiyaya yerləşdirildi, vəziyyəti ağırdır

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Lent.az -a açıqlamasında 73 yaşlı Xalq artistinin qızı müğənni Səidə Dadaşova məlumat verib. Onun sözlərinə görə, atasının vəziyyəti yaxşı deyil:

 

“Atamın vəziyyəti heç də yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Problemin gah ürəyində, gah da ağ ciyərində olduğunu dedilər. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.

 

Tarix: 3 Dekabr 2019, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin