BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu şəxslərlə bağlı qərar verildi

“Azərbaycan ərazisində olan və koronavirusla bağlı məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılıb”.

Pravda.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müddət mayın 31-nə qədər avtomatik uzadılıb: “May ayından sonra ikinci müddətin uzadılması məsələsi də aktuallaşdığından razılaşdırılmış qaydada qərar qəbul edildi ki, əcbəbilər giriş-çıxış bərpa olunana qədər ölkədə yaşaya bilərlər. Bir dəfə 60 gün müddəti uzadılan şəxslərin müddəti yenə uzadılıb”.

V.Hüseynov bildirib ki, dövlət sərhədində tətbiq olunan məhdudiyyətlər aradan qaldırılandan sonra həmin əcnəbilərin hansı müddətdə ölkəni tərk etmələri barədə qərar veriləcək.

Tarix: 20 May 2020, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin