BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın bəzi rayonlarına dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ

Hava şəraiti haqqında məlumat yayılıb.


Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a bildirilib ki, Azərbaycanın rayonlarında martın 21-i gündüzdən 22-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

 

Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Tarix: 20 Mart 2024, 19:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin